VS-9.com - бесплатный портал онлайн-школы для учителей и учеников
.

шаг 4 из 5
Нажмите на кнопку "Запустить тест"
и Ваши ученики смогут его проходить на ПК или телефонах, а Вы смотреть их оценки
(если тест НЕ подходит то выберите другой тест)


Тема теста: Isim, sifət, say
Описание:
Использовано: 1 раз

Запустить тест



Вопрос № 1
1. Səhv variantı seç:
   Alimin – yiyəlik
   Çayda – yönlük
   Sülhdən – çıxışlıq
   Sabahı – təsirlik

Вопрос № 2
2. Yalnız isimlərdən ibarət cərgəni seç:
   Oxumaq, dəmirçi
   Meşəlik, dərin
   Axşam, dünənki
   Çəmən, Bakı

Вопрос № 3
3. “Biz Təbrizdən gül toxumu gətirdik, uşaqlara hədiyyə aldıq” cümləsində "toxumu" və "hədiyyə" sözləri haqqında verilmiş fikirlərdən biri səhvdir.
   Təkdədir
   Adlıq haldadır
   Konkretdir
   Təsirlik haldadır

Вопрос № 4
4. Feildən düzələn isimlər cərgəsini seçin.
   Qorxu, döşəkçə
   Güllük, yaylaq
   Hörgü, çıxış
   Yolla, başla

Вопрос № 5
5. Hansı cümlədə toplu isim işlənməmişdir?
   Meşələr də insandan mərhəmət umur.
   Camaat Azadlıq meydanına toplaşmışdı.
   Sürü dağın döşünə yayılıb otlayırdı.
   İlxı dağlara üz tutdu.

Вопрос № 6
6. “Evləri” sözü hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul edib?
   Evləri təmir edəcəklər.
   Köhnə evləri sökürdülər.
   Bu evləri hamı bəyənirdi.
   Evləri xaraba qalmışdı.

Вопрос № 7
7. Hallanarkən hansı sözlərdə bitişdirici samitdən istifadə olunur?
   dərə
   portret
   qatıq
   ölkə
   kitab

Вопрос № 8
8. Mücərrəd mənalı isimləri seçin:
   Kədərli, həyəcanlı
   Üzümçü, gözətçi
   Yoldaş, sirdaş
   Pislik, yaxşılıq

Вопрос № 9
9. Səhv fikri seçin:
   Təsirlik hal – üzərində iş görülən əşyanı
   Yiyəlik hal – yiyəlik, sahiblik
   Çıxışlıq hal – hərəkətin istiqamətini
   Yerlik hal - əşyanın və ya hərəkətin yerini

Вопрос № 10
10. Hansı cümlədə fərqli yazılan sözdə təsirlik hal işlənmişdir?
   Azadlıq m e y d a n ı adamla dolu idi.
   Komandirin ə m r i yerinə yetirildi.
   Dükan sahibi a l ı c ı l a r ı hörmətlə qarşıladı.
   Sərhəd g ö z ə t ç i s i olmaq şərəfli işdir.

Вопрос № 11
11. Hansı cərgədə həm əlamət, həm də keyfiyyət bildirən sifət işlənib?
   Uzun, armudu
   Rahat, körpə
   Turş, ləzzətli
   Enli, xırda

Вопрос № 12
12. Sifətə aid deyil?
   Əşyanın əlamətini bildirir.
   Cümlədə təyin olur.
   Müqayisə dərəcələri olur.
   Cəmlənir

Вопрос № 13
13. Adi dərəcədə olan sifəti seçin:
   sarımtıl
   yamyaşıl
   arıq
   xırdaca

Вопрос № 14
14. Çoxaltma dərəcəsində olan sifəti seçin.
   qaraşın
   qapqara
   qaratəhər
   qaramtıl

Вопрос № 15
15. Azaltma dərəcəsində olan sifəti seçin.
   upuzun
   uzunsov
   dümağ
   ən gözəl

Вопрос № 16
16. İsimdən düzələn sifətləri seçin:
   dünənki, qabaqcıl
   bitkin, çalışqan
   ənənəvi, gümüşü
   işıqlı, qorxunc

Вопрос № 17
17. Hansı söz birləşməsinin asılı tərəfi sifət deyil?
   qoca kişi
   sərt xasiyyət
   cavan oglan
   qızıl üzük

Вопрос № 18
18. Hansı cümlədə sifət isimləşib?
   Yaxşı iş üz ağardar.
   O lap qoca kişilər kimi danışırdı.
   Soyuq havada isti çay adama ləzzət edir.
   Xəstə baş həkimə diqqətlə qulaq asırdı.

Вопрос № 19
19. Mürəkkəb sifətlər hansı cərgədədir?
   Ölkələrarası, həyatsevər
   İlbəil, gecə-gündüz
   Qaça-qaça, qaçhaqaç
   Axşamtərəfi, kömək etmək.

Вопрос № 20
20. Hansı cümlədə say vardır?
   Natiq az danışdı.
   Çox bil, az danış.
   Az adam tapılar ki, ədalətin tərəfində olmasın.
   Onlar bir azdan yola düşəcəklər.

Вопрос № 21
21. Uyğunluq hansı bənddə pozulub?
   Bir sıra – qeyri-müəyyən miqdar sayı
   Beş tam yüzdə səkkiz – kəsr sayı
   Onlarca – sıra sayı
   Min səkkiz yüz əlli doqquz – müəyyən miqdar sayı

Вопрос № 22
22. Hansı cümlədə saydan sonra gələn isim düzgün işlənməyib.
   Həyətə bir sıra insan toplaşdı.
   90-cı illər Azərbaycan üçün çox çətin dövr idi.
   Ona gələn yüzlərlə məktub arasında ilk gözünə Sənanın məktubu sataşdı.
   Bu məsələyə aid bir çox fikirlər səsləndirildi.

Вопрос № 23
23. Numerativ söz hansı cümlədə işlənməyib?
   Toy üçün 10 baş inək alındı.
   Xəstə anasına bir qram su da vermək istəmirdi.
   Gözünə damcı tökülən xəstə daha yaxşı görməyə başladı.
   Atasına bir dəst kostyum gətirdi.

Вопрос № 24
24. Say işlənməmiş cümlə hansıdır?
   Küçədə bir adam var idi.
   Ona xeyli hədiyyə gəlmişdi.
   O, bu gün xeyli piyada gzdi.
   Yeddi gün, yeddi gecə yol getdilər.

Вопрос № 25
25. Təxmini saylar sayın mənaca hansı növünə aiddir?
   kəsr sayları
   müəyyən miqdar sayları
   qeyri-müəyyən miqdar sayları
   sıra sayı

Запустить тест

help Помощь по сайту